...

Orta Dəhliz Bakı ilə Aşqabadın tranzit siyasətlərinin uzlaşdırılmasında həlledici rol oynayır - Səfir

İqtisadiyyat Materials 29 Oktyabr 2025 12:14 (UTC +04:00)
Orta Dəhliz Bakı ilə Aşqabadın tranzit siyasətlərinin uzlaşdırılmasında həlledici rol oynayır - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Türkmənistan logistika əlaqələrinin fiziki əsasını Bakı–Türkmənbaşı beynəlxalq dəniz limanı xətti təşkil edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında dərc edilən məqaləsində qeyd olunur. Jurnal Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunur.

Onun sözlərinə görə, bu liman həmçinin Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqasıdır. O bildirib ki, həmin dəhliz Xəzər regionu ölkələri və onun hüdudlarından kənardakı dövlətlər arasında ticarətin stimullaşdırılmasında və regional bazarların birləşdirilməsində mühüm rol oynayır.

Səfir həmçinin Lazurit Dəhlizinin rolunu da vurğulayıb. O qeyd edib ki, bu dəhliz Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir.

“Bu marşrut Transxəzər dəhlizindən keçir, TRACECA ilə kəsişir və Cənubi Qafqazdan Aralıq dənizi limanlarına çıxışı təmin edir. O, Aşqabad və Bakının tranzit və logistika siyasətinin strateji şəkildə uzlaşdırılmasına xidmət edir”, – deyə Qismət Gözəlov bildirib.

Diplomat rəqəmsal infrastrukturun inkişafının əhəmiyyətini də xüsusi vurğulayıb. O, “TransCaspian FO” layihəsindən bəhs edərək bildirib ki, bu təşəbbüs Avropa ilə Asiya arasında yüksək sürətli məlumat ötürmə marşrutunun yaradılması vasitəsilə regional əlaqəliliyin gücləndirilməsinə xidmət edir.

“Bu layihə ümumi inteqrasiyanı təşviq edəcək, "Rəqəmsal İpək Yolu"nun bir hissəsi kimi çıxış edəcək və mühüm geosiyasi əhəmiyyətə malik olacaq,” - deyə Qismət Gözəlov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti