...

HƏMAS özünü yaxşı aparmasa məhvə düçar olacaq - Tramp

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 11:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzada heç nə atəşkəsi təhlükə altına qoymayacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin prezidenti Donald Tramp çıxış edib.

Ağ Ev rəhbəri bunu İsrail və Həmas arasında sərhəddə baş verən toqquşmanı və tərəflərin bir-birini atəşkəsi pozmaqda ittiham etməsinə münasibət bildirirərkən deyib.

“Onlar bir israilli əsgəri öldürdülər. Ona görə də israillilər cavab verdilər. Və onlar cavab verməlidirlər,” Tramp ABŞ-nin bir nömrəli təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

Trampın sözlərinə görə Həmas Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir və “onlar özlərini yaxşı aparmalıdırlar” .

“Onlar özlərini yaxşı aparacaqlarını dedilər - yaxşı olsalar xoşbəxt olacaqlar, yaxşı olmasalar məhvə düçar olacaqlar” deyə Tramp bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti