...

İtaliyalı heykəltəraş Cüzeppe Kartanın gənc rəssamlara ustad dərsi olacaq

Mədəniyyət Materials 29 Oktyabr 2025 09:28 (UTC +04:00)
İtaliyalı heykəltəraş Cüzeppe Kartanın gənc rəssamlara ustad dərsi olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 1-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin maraq doğuran təqdimatlarından biri də tanınmış italiyalı rəssam və heykəltaraş Cüzeppe Karta ilə görüş olacaq.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçiriləcək ustad dərsində əvvəlcədən qeydiyyatdan keçən gənc tədqiqatçılar, tələbələr, Cüzeppe Karta yaradıcılığına həvəs göstərənlər iştirak edəcək.

Mühazirə “Cüzeppe Kartanın yaradıcılığının əsas istiqamətləri” mövzusunu əhatə edəcək. Rəssam yaradıcılığı, emalatxanada gördüyü işlər, əsərlərinin yaradılması texnologiyası, prinsipləri barədə auditoriyaya geniş məlumat verəcək. Müəllif həm də beynəlxalq sərgi layihələrindən söz açacaq.

Xatırladaq ki, hazırda Cüzeppe Kartanın Heydər Əliyev Mərkəzində “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi ekspozisiyası da sərgilənir. Sərgidə böyük meyvə və tərəvəz heykəlləri nümayiş olunur. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti