...

Ukrayna qarşıdakı aylarda 2 milyard dollar yardım alacaq - NATO

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 04:31 (UTC +04:00)
Ukrayna qarşıdakı aylarda 2 milyard dollar yardım alacaq - NATO

Bakı. Trend:

Ukrayna qarşıdakı aylarda 2 milyard dollar yardım alacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Növbəti bir neçə ay ərzində daha 2 milyard dollar və ya daha çox vəsait cəlb etməyimizin ehtimalı var. Bunu çox tezliklə etməyi gözləyirik", - deyə o bildirib.

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini və bunun "bütün bunlara bir növ sonluq" olacağını dəqiqləşdirib.

O əlavə edib ki, gələn il ABŞ Avropa ölkələri vasitəsilə Ukraynaya 12 və ya 15 milyard dollar dəyərində Amerika silahı tədarük edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti