Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin təhlükə altında olmadığını bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Yaponiyadan Koreya Respublikasına gedərkən təyyarəsində jurnalistlərə deyib.
Tramp İsrailin qoşunlarına atəş açılacağı təqdirdə Fələstin anklavında döyüşləri davam etdirməsinin icazəli olduğunu bildirib.
"Onların bunu etmək hüququ var", - deyə ABŞ prezidenti bildirib. Onun sözlərinə görə, Qəzzada atəşkəsə qarşı heç bir real təhdid yoxdur.
"Heç nə [anklavda atəşkəsə] təhlükə yaratmayacaq", - deyə D.Tramp əlavə edib.