Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Rumıniyadakı hərbi kontingentinin sayını azaldıb və bu barədə Rumıniya hökumətini və NATO üzrə müttəfiq ölkələri məlumatlandırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu qərar ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən “ABŞ silahlı qüvvələrinin qlobal mövqeyinin yenidən qiymətləndirilməsi prosesi çərçivəsində” qəbul olunub.
Konkret rəqəmlər açıqlanmasa da, Amerika KİV-ləri minlərlə ABŞ hərbçisinin Rumıniyadan çıxarılacağını yazır.
