Bakı. Trend:
Yamayka hakimiyyəti 5-ci kateqoriyalı "Melissa" qasırğasının keçməsindən sonra ölkəni fəlakət zonası elan edib.
Trend-in məlumatına görə, bu barədə Yamaykanın Baş naziri Endryu Houlnessin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Fəlakətlərə Hazırlıq və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin tövsiyəsinə əsasən hərəkət edərək, Baş nazir Endryu Houlness Fəlakət Risklərinin İdarə Edilməsi Qanununa əsasən Yamaykanı fəlakət zonası elan etdi. Bu bəyannamə 28 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir", - deyə bəyanatda qeyd olunub.
"Hökumətin əsas prioriteti həmişə hər bir Yamayka sakininin təhlükəsizliyi və rifahıdır. Fırtına Yamaykaya yaxınlaşdıqca daşqın təhlükəsi zonası elan etməklə qabaqlayıcı tədbirlər gördük", - deyə o bildirib.
Qeyd olunub ki, "Melissa" qasırğası hazırda Yamaykadadır və ada üzərində hərəkət edir.