...

Şimali Koreya strateji qanadlı raketlərini sınaqdan keçirdi

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 02:54 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreyanın Baş Raketqayırma İdarəsi strateji "dəniz-yer" qanadlı raketlərini sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Gəmidən buraxılmaq üçün modifikasiya edilmiş şaquli olaraq buraxılan qanadlı raketlər Sarı dəniz üzərindəki hava məkanında müəyyən bir trayektoriya boyunca 7800 saniyədən çox uçduqdan sonra hədəfə çatıb", - deyə bildirilib.

Qeyd olunur ki, sınaq partiyanın Mərkəzi Hərbi Komissiyasının sədr müavini Park Çon Çxon tərəfindən müşahidə olunub.

O, Şimali Koreyanın "nüvə qüvvələrini praktik hala gətirməkdə mühüm irəliləyişlər əldə etdiyini" bildirib.

Xəbər lenti

Xəbər lenti