Bakı. Trend:
Rio-de-Janeyrodakı hüquq-mühafizə orqanları yerli narkotik qaçaqmalçılığı dəstələrinin üzvlərini həbs etmək üçün 28 oktyabrda başlayan "Control" əməliyyatı zamanı artıq 56 cinayətkarı öldürüb. 80 nəfərdən çox insan həbs edilib
Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.
Dörd polis əməkdaşının öldüyü təsdiqlənib. Portal əlavə edib ki, bu əməliyyat Braziliya tarixində itki sayına görə ən böyük hüquq-mühafizə əməliyyatı olub.
Bundan əvvəl dövlət orqanlarının cinayətkarları tutmaq üçün 2500-dən çox polis əməkdaşını səfərbər etdiyi bildirilirdi. Əməliyyat hazırda davam edir.