...

Türkiyədə 7 mərtəbəli bina çöküb: iki nəfərin meyiti dağıntılar altından çıxarılıb (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 16:31 (UTC +04:00)
Türkiyədə 7 mərtəbəli bina çöküb: iki nəfərin meyiti dağıntılar altından çıxarılıb (FOTO) (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kocaəli vilayətinin Gebze rayonunda çökmüş yeddi mərtəbəli binanın dağıntıları altında iki nəfərin meyiti çıxarılıb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, xilasedicilər hadisə vaxtı binada olmuş üçüncü şəxsin axtarışlarını davam etdirir.

xxx

10:18

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Binanın anidən çökməsinə nəyin səbəb olduğu hələ ki, məlum deyil. Hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları sövq edilib.

İlk ehtimala görə, dağıntılar altında azı 7 nəfərin olduğu qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti