Bakı. Trend:
Azərbaycanda qeydə alınan inkişaf keçici deyil. Bu, dövlət və xalq arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.
Trend xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O bildirib ki, BƏƏ və Azərbaycan arasındakı əlaqələr qarşılıqlı hörmət və isti münasibət üzərində qurulub.
“Qarşılıqlı səfərlər əlaqələrdə yeni mərhələyə start verib. Bunun sayəsində “yaşıl iqtisadiyyat”, enerji, süni intellekt kimi müasir və strateji sahələrdə əməkdaşlıq reallaşdırılır”, - deyə BƏƏ rəsmisi qeyd edib.
