Ağdərə. Trend:
Ağdərədə beton qarışdıran maşın dərəyə aşması nəticəsində sürücü ölüb.
Trend-in Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Çıldıran kəndində baş verib.
Bərdə rayon sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafiz idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb, sürücü H.Qocamanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
