...

Rumıniya Senatının sədri Azərbaycanla əməkdaşlıq üçün birgə parlament qrupunun yaradılmasını təklif edib

Cəmiyyət Materials 29 Oktyabr 2025 11:03 (UTC +04:00)
Rumıniya Senatının sədri Azərbaycanla əməkdaşlıq üçün birgə parlament qrupunun yaradılmasını təklif edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ruminiya Azərbaycanın “ASAN Xidmət” modelinin tətbiqinə başlayıb.

Trend xəbər verir ki, bunu Rumıniya Parlament Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

M.Abrudean iki ölkənin parlamentlərinin komitələri arasında əməkdaşlıq genişləndirilməsini təklif edib:

“Azərbaycanın rəqəmsallaşma sahəsindəki “ASAN Xidmət” modeli artıq ölkəmizdə tətbiq edilir. Həmçinin, rəqəmsal şəxsiyyət vəsiqəsi, dövlət satınalmaları və kibertəhlükəsizlik sahəsində əməkdaşlıqları gücləndirmək üçün birgə parlament qrupu yarada bilərik”.

O, həmçinin Azərbaycan və Rumıniya parlamentlərinin nəqliyyat və enerji məsələləri ilə bağlı komitələrinin illik görüşlər keçirməsini təklif edib.

“Şəffaflıq investisiyaları daha da təşviq edəcək. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Cənubi Qafqazda sabitlik hər kəsin xeyrinədir”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti