Bakı.Trend:
Oktyabrın 28-də polis əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 1 tapança aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, həmçinin 65 qumbara, 18 alışdırıcı, 11 partladıcı, 23 mərmi, 6 tüfəng, 249 patron darağı və 18885 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
