...

Azərbaycanlı futbolçu Rusiya yığmasında

İdman Materials 29 Oktyabr 2025 11:21 (UTC +04:00)
Azərbaycanlı futbolçu Rusiya yığmasında

Bakı. Trend:

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb.

Trend xəbər verir ki, istedadlı futbolçu 38 oyunçudan ibarət geniş heyətdə yer alıb.

Rusiya yığması noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandaları ilə qarşılaşacaq.

Əslən azərbaycanlı olan 21 yaşlı vinger "Dinamo"nun yetirməsidir. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində ümumilikdə 9 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti