...

Manatın nominal və real effektiv məzənnəsi illik ifadədə azalıb

İqtisadiyyat Materials 29 Oktyabr 2025 13:22 (UTC +04:00)
Manatın nominal və real effektiv məzənnəsi illik ifadədə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 0,1 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin oktyabrın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 175,3 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 1,1 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 faiz bəndi çoxdur.

Bundan başqa, 2025-ci ilin oktyabrın 1-nə manatın ümumi real effektiv məzənnəsi 115,2 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 0,5 faiz bəndi çox, illik müqayisədə isə 3 faiz bəndi azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 112,6 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 1 faiz bəndi artıb, illik ifadədə isə 2,3 faiz bəndi azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti