...

İtkin şəhid İlham Mehdiyev dəfn edilib

Cəmiyyət Materials 29 Oktyabr 2025 13:44 (UTC +04:00)

Bakı.Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi İlham İmdad oğlu Mehdiyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

Trend xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, İlham Mehdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti