...

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

İqtisadiyyat Materials 29 Oktyabr 2025 13:58 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 96,446 milyon manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 1,4 milyon manat və ya 1,4% az, 2024-cü ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 11,9 milyon manat və ya 14,1% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,66%-ə bərabər olub.

Eyni zamanda, 2025-ci ilin oktyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 835 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 17 min manat, yaxud 2,1% çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 4,73% təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,795 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 334,3 milyon manat, yaxud 2,2%, 2024-cü ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 1,6 milyard milyon manat və ya 11,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti