Bakı.Trend:
Bu gün Birinci Qarabağ müharibəsinin itkin şəhidi Azər Zirəddin oğlu Bayramovun Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
Trend xəbər verir ki, mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azər Bayramov 1973-cü il iyunun 24-də anadan olub. Onun 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu.
