...

Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamın Qızıl Kəngərli kəndində olublar (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2025 13:30 (UTC +04:00)
Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamın Qızıl Kəngərli kəndində olublar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti Ağdamın Qızıl Kəngərli kəndində olublar. Baş nazirin müavinlərinə kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib.

Trend xəbər verir ki, bu barədə Nazirlər kabineti məlumat yayıb.

Bildirilib ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti