...

Azərbaycan Xəzər dənizini Avropaya birləşdirəcək interkonnektorun texniki-iqtisadi əsaslandırmasının ilin sonuna kimi yekunlaşacağını gözləyir - Cavid Abdullayev

İqtisadiyyat Materials 29 Oktyabr 2025 13:00 (UTC +04:00)
Azərbaycan Xəzər dənizini Avropaya birləşdirəcək interkonnektorun texniki-iqtisadi əsaslandırmasının ilin sonuna kimi yekunlaşacağını gözləyir - Cavid Abdullayev
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xəzər dənizi, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək böyük enerji interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) bu ilin sonuna qədər yekunlaşacağını gözləyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.

O qeyd edib ki, layihə “yaşıl enerji"nin inkişafında və regional inteqrasiyada strateji istiqamət kimi önəm daşıyır və Azərbaycanın bərpa olunan elektrik enerjisinin Avropaya ixracı üçün əsas yaradır.

“Texniki-iqtisadi əsaslandırma son mərhələdədir və ilkin nəticələr bu layihənin həyata keçirilməsinə nikbin baxmağa imkan verir. Biz ilin sonunda növbəti mərhələyə keçidlə bağlı təklifləri təqdim etməyi planlaşdırırıq”,- deyə C.Abdullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti