...

Buffon "Yuventus" üçün ən yaxşı namizədin adın açıqlayıb

İdman Materials 29 Oktyabr 2025 13:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"Yuventus"un keçmiş qapıçısı Canluici Buffon Luçano Spallettinin Turin klubuna baş məşqçi təyin ola biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Buffon Turin klubunun baş məşqçi postundan ayrılan İqor Tudor haqqında danışıb:

"Spaletti üçün bu, tamamilə düzgün peşəkar seçim olardı. O, futbol adamıdır, meydan adamıdır, görkəmli şəxsiyyətdir və əla məşqçidir. Spalletti təcrübə, xarizma və nüfuz baxımından mümkün olan ən yaxşı namizəddir. Özü də, iddialı klubların ehtiyac duyduğu insandır. Onu indi ehtiyat oyunçular skamyasında görməməyimə təəssüf edirəm. Lakin ən böyük peşmançılığım Tudorla bağlıdır. O, gözəl dost idi".

Xəbər lenti

Xəbər lenti