...

Cəbrayıl şəhərinin 2-ci və 3-cü yaşayış kompleksləri belə olacaq (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2025 16:04 (UTC +04:00)
Cəbrayıl şəhərinin 2-ci və 3-cü yaşayış kompleksləri belə olacaq (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədlərini paylaşıb.

Trend xəbər verir ki, paylaşımda oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan komplekslərin Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirildiyi bildirilib.

Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti