...

Lisey və gimnaziyalara qəbul imtahanları elektron şəkildə keçirilə bilər

Cəmiyyət Materials 29 Oktyabr 2025 15:20 (UTC +04:00)
Lisey və gimnaziyalara qəbul imtahanları elektron şəkildə keçirilə bilər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bizim hədəflərimizdən biri lisey və gimnaziyalara qəbul imtahanlarını elektron şəkildə keçirməkdir.

Trend xəbər veri ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-nin canlı yayımında deyib.

O bildirib ki, lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək.

"Eyni zamanda infrastrukturu qura bilsək, ola bilsin ki, növbəti il lizey və gimnaziyalara qəbul imtahanı elektron qaydada, komputerlər vasitəsi ilə keçirilsin",- deyə o əlavə edib.

Qeyd edək ki, hazırda lisey və gimnaziyalara qəbul imtahanları ənənəvi qaydada keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti