...

Avropa İttifaqı böyük müharibəyə fəal şəkildə hazırlaşır - Macarıstan XİN

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 15:51 (UTC +04:00)
Avropa İttifaqı böyük müharibəyə fəal şəkildə hazırlaşır - Macarıstan XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələr hərbi isteriya içindədir və böyük müharibəyə fəal şəkildə hazırlaşırlar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Avropa İttifaqı, Brüssel həqiqətən də hərbi qızdırmaya tutulub, bu mübahisə mövzusu deyil. Odur ki, Avropa xalqlarının vəsaitindən Ukrayna ordusunun silahlandırılmasına 60 milyard avronun ayrılması və ya Ukraynaya ümumilikdə 130 milyard avronun göndərilməsindən danışırıqsa, bunu müharibəyə hazırlıqdan başqa cür adlandırmaq çətindir”, - macar nazir vurğulayıb.

Siyartonun fikrincə, Ukraynanın maliyyələşdirilməsi və kütləvi silahlanma prosesi Avropa İttifaqının müharibəyə hazırlaşdığını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti