Bakı. Trend:
Karbohidrogenlərin ixracı, geotermal enerji və son dərəcə vacib mineralların inkişafı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas istiqamətlərə çevrilə bilər.
Trend xəbər verir ki, bunu AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, neft-qaz məhsulları ixrac gəlirlərinin vacib mənbəyi olaraq qalır, lakin iqtisadi artımın yeganə istiqaməti olmamalıdır. Direktor, iqtisadiyyatın maraqlarını və sosial nəticələri nəzərə alan ədalətli enerji keçidinin vacibliyini vurğulayıb.
Durrani-Camal həmçinin geotermal enerjinin inkişafı və kritik əhəmiyyətli mineralların hasilatı perspektivinə toxunub ki, bu da həm enerji, həm də qeyri-enerji sektorlarında iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər.
