Bakı. Trend:
Polşa Avropa İttifaqı ilə Ukrayna arasında çərşənbə günü qüvvəyə minmiş yeni ticarət sazişinə baxmayaraq, Ukraynadan taxıl və bir sıra digər məhsulların idxalına qoyulmuş embarqonu qüvvədə saxlayır.
Trend xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında məlumat verilir.
“Sazişin qüvvəyə minməsi, Ukraynadan Polşaya bəzi məhsulların idxalına qoyulan qadağanın avtomatik olaraq ləğv ediləcəyi anlamına gəlmir”, - deyə bəyanatda bildirilir.
Məlumata görə, idxalı hələ də qadağan edilən Ukrayna kənd təsərrüfatı məhsulları siyahısına taxıl, günəbaxan, kəpək və cecə daxildir.
