Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin diplomatik metodlarla nizamlanmasına üstünlük verir.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, belə bir bəyanatla ABŞ vitse-prezidenti Cey Di Vens çıxış edib.
“Prezident hər dəfə Rusiya və ya Ukrayna tərəfi ilə danışanda şüarlardan və klişelərdən qaçır, məsələnin mahiyyətinə diqqət yetirir”,- o bildirib.
Amerikalı vitse-prezident etiraf edib ki, Trampın münaqişənin tezliklə başa çatacağına dair ilkin gözləntilərinə baxmayaraq, Ukrayna böhranı “nizamlanması baxımından ən çətin” məsələyə dönüb.
