Bakı. Trend:
Almaniya polisi Ludviqshafen şəhərində yerləşən məktəbin ərazisində bıçaqlı cinayətkarı axtarır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məktəbdə hazırda polis əməkdaşları axtarış aparır. Şagirdlərə əməliyyat başa çatana qədər sinif otaqlarını tərk etməmələri tövsiyə olunub. Təhsil müəssisəsinin ərazisinə giriş bağlanıb.
Hadisə zamanı bıçaqlanma və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur.
Ümumilikdə məktəbdə 800 nəfər təhsil alır.
