...

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub

İqtisadiyyat Materials 29 Oktyabr 2025 15:46 (UTC +04:00)
Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanın 17,47 milyard manat təşkil etmiş daxili dövlət borcunun 7,987 milyard manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9,60 milyard manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 3 faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi isə 5 il və daha artıq müddətli olub.

Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Cari ilin 9 ayı ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti