Bakı. Trend:
Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbəri Üzeyir Həsənov barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 10 ildən 8 ilə endirilib.
Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Üzeyir Həsənov 11 il müddətə azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi qərarı dəgişərək cəzanı 10 ilə endirmişdi.
Təqsirləndirilən şəxs Cinayət Məəcəlləsinin 179.3.2-ci ( Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
