...

Azərbaycan və Oman xarici işlər nazirlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 29 Oktyabr 2025 14:28 (UTC +04:00)
Azərbaycan və Oman xarici işlər nazirlərinin təkbətək görüşü olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr əl-Busəidi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan ilə Oman arasında tərəfdaşlığın dərinləşməsi üçün davamlı yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tərəflər iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər.

Görüşdə mühüm bir hadisə olan Azərbaycanın Məsqətdə səfirliyinin rəsmi açılışı xüsusi qeyd olunub. Bildirilib ki, bu addım iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm yeni təkan olacaq.

Tərəflər, həmçinin, BMT, Qoşulmama Hərəkatı (NAM) və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) çərçivəsində səmərəli əməkdaşlıqlarını yüksək qiymətləndiriblər.

Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT Sammiti və Dünya Şəhərsalma Forumu kimi yüksək səviyyəli tədbirlər fonunda sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti