Bakı.Trend:
Cari ilin ötən dövrü üçün aparılan nəzarət tədbirləri nəticəsində təxminən 100 nəfərə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib.
Bu fikirləri Trend-ə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, bu tədbirlər əsasən qanunsuz balıq ovuna, nərə balığı və digər növlərin bioloji ehtiyatlarına zərər vuran hallara qarşı yönəlib.
"Qeyd edək ki, nəzarət və profilaktik maarifləndirmə işləri il ərzində ardıcıl şəkildə davam etdirilir",- qurum rəsmisi əlavə edib.
