Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsində sadəcə bir vasitəçidir, o Rusiya və Ukraynanı müharibəyə son qoymağa və münaqişənin dinc yolla həllinə məcbur edə bilməz.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens “New York Post”a müsahibəsində bildirib.
“Biz həqiqətən o fikirdəyik ki, hərbi əməliyyatların dayandırılmasının həm Rusiya, həm də Ukraynanın maraqlarına cavab verdiyi bir nöqtəyə gəlib çatmışıq. Ancaq anlamalısız ki, Tramp sadəcə "qapını aça bilər”. O bu və ya digər tərəfi qapıya doğru daha çox addımlamağa məcbur edə bilməz”, - deyə Vens bildirib.
