Bakı. Trend:
Bu ilin oktyabrın1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banklara 255,8 min ədəd əməliyyat üzrə 152,9 milyon manat vəsait daxil olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 5 min ədəd və ya 1,9% az, vəsait həcmi üzrə isə 22,5 milyon manat və ya 17,2% çoxdur.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 597,7 manat təşkil edib ki, bu da 2024-cü ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 97,8 manat və ya 19,6% çoxdur.
Eyni zamanda cari ilin oktyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 65,2 min ədəd əməliyyat üzrə 43,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 25,5 min ədəd və ya 28,1%, vəsait həcmi üzrə isə 3,7 milyon manat və ya 7,9% azdır.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 663,1 manata bərabər olub ki, bu da 2024-cü ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 145,5 manat və ya 28,1% çoxdur.
