Bakı. Trend:
D vitamini çatışmazlığı qadınlar arasında fəsədlaşmış doğuşa yol aça bilər.
Trend xəbər verir ki, belə bir nəticəyə Uppsala Universitetinin (İsveç) alimləri gəlib.
Elmi araşdırmanın nəticələri “Bone” dərgisində nəşr olunub. Tədqiqata əsasən məlum olub ki, osteomalasiyadan (D vitamini çatışmazlığı nəticəsində sümüklərin yumşalması və möhkəmliyini itirməsi ilə səciyyələnən xəstəlikdən) əziyyət çəkən qadınlar təxirəsalınmaz keysəriyyə əməliyyatı və ya vakuum-ekstraksiya üsulu ilə doğuşa beş dəfə daha çox ehtiyac duyurlar.
Tədqiqatçılar İsveçdə D vitamini çatışmazlığı riski yüksək olan 123 hamilə qadını müşahidə ediblər. Onlardan 20 nəfərində — əsasən günəş radiasiyasının az olduğu bölgələrdən olanlarda — osteomalasiya diaqnozu qoyulub. A
naliz göstərib ki, bu xəstəlik zamanı müşahidə olunan əzələ zəifliyi və çanaq sümüklərinin strukturunda mümkün dəyişikliklər doğuş prosesini çətinləşdirir və təcili mamaçılıq müdaxilələri ehtimalını artırır.
