Bakı. Trend:
Futbol üzrə Serbiya millisinə rəhbərlik edəcək məşqçinin adına aydınlıq gəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Serbiya Futbol Federasiyası Velko Paunoviçlə anlaşıb.
Məlumat üçün bildirək ki, daha əvvəl millini Deyan Stankoviçin çalışdıracağı iddia edilirdi.
Qeyd edək ki, vaxtilə Serbiya və Monteneqro milli komandasında oynamış veteran forvard məşqçi kimi “Çikaqo Fayr”, “Ridinq”, “Quadalaxara”, “Tiqres” və “Ovyedo” klublarında işləyib.
