...

NBA basketbolçusu aeroportda narkotiklə saxlanılıb

İdman Materials 29 Oktyabr 2025 15:07 (UTC +04:00)
NBA basketbolçusu aeroportda narkotiklə saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın Milli Basketbol Assosasiyasının (NBA) “Dallas Meveriks” klubunun müdafiəçisi Brendon Uilyams Texas ştatının Dallas hava limanında üzərində narkotik vasitə ilə saxlanılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Amerikalı basketbolçu üzərində 36 qram marixuana keçirməyə çalışıb. Narkotik vasitəni aeroportun təhlükəsizlik əməkdaşları onun çantasından aşkarlayıb və hadisə yerinə polis çağırıblar.

Həbs olunan basketbolçu günahsız olduğunu və çantaya əşyaların onun meneceri tərəfindən yığıldığını iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti