Bakı. Trend:
Fransada Paris şəhər məhkəməsi iyun ayında ölkədə həbs olunmuş rusiyalı basketbolçu Danil Kasatkinin ABŞ-yə ekstradisiya olunması barədə qərar çıxarıb.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə Amerika hökumətinin ekstradisiya ilə bağlı vəsatətini təmin edib.
Basketbolçu Amerikada “kibercinayətlər” və “elektron dələduzluq” ittihamları üzrə 25 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, 26 yaşlı Kasatkin iyulun 21-də ABŞ-ın tələbi ilə Paris hava limanında həbs olunmuşdu.
