...

Maştağa qəsəbəsində abadlaşdırma işlərinə başlanılıb

Gündəm Materials 29 Oktyabr 2025 14:03 (UTC +04:00)
Maştağa qəsəbəsində abadlaşdırma işlərinə başlanılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində abadlaşdırma işlərinə başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, infrastruktur və kommunikasiya layihələrinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub. Dam örtüklərinin yenilənməsi, fasadların, yolların təmiri də prosesə daxil edilib.

Vurğulanıb ki, Maştağada abadlıq yenicə başlansa da, qəsəbənin işıqlandırılması istiqamətində əhəmiyyətli işlər aparılıb. Mərkəzi Park tamamilə yenilənib, qəsəbənin ümumi estetik görünüşünə xələl gətirən, qanunsuz ticarət obyektləri ilə bağlı yerli icra strukturlarının dəstəyi ilə müvafiq tədbirlər görülür.

Qeyd edilib ki, Maştağada tarixi abidələr bərpa edildikdən, geniş yenidənqurma işləri aparıldıqdan sonra qəsəbənin Balaxanı və Ramana kimi turist marşrutuna salınacağı mümkündür. Bu isə öz növbəsində məkanın canlanmasına, gələcəkdə yeni sahibkarlıq subyektlərinin yaranmasına, xidmət və ticarət sektorunda biznesin inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti