...

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyata start verilir

Cəmiyyət Materials 29 Oktyabr 2025 17:44 (UTC +04:00)
Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyata start verilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi üzrə qeydiyyat başlayır.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, oktyabırın 29-dan başlayan qeydiyyat prosesi noyabırın 4-ü saat 17:00-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatdan 29 avqust 2025-ci il tarixində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 45-60 bal aralığında nəticə göstərmiş namizədlər keçə bilərlər.

Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.

Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin olunacaqlar.

Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməsi mütləqdir.

Namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti