...

Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib

Siyasət Materials 29 Oktyabr 2025 17:37 (UTC +04:00)
Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Omanın Məsqət şəhərində Azərbaycan Respublikası səfirliyinin rəsmi açılış mərasimində iştirak etməkdən məmnunam. Bu yeni diplomatik missiya ölkələrimiz arasında artan tərəfdaşlığı əks etdirən əhəmiyyətli bir mərhələni qeyd edir.

Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaq məqsədilə ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik.

Atılan bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəmizi əks etdirir", - paylaşımda əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti