...

Arxeoloqlar Türkiyədə 1600 il tarixi olan şərab evi aşkarlayıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin cənub-şərqində aparılan arxeoloji qazıntılar azaman alimlər təxminən 1600 il əvvəl inşa olunduğu güman edilən və yaxşı qorunub saxlanmış qədim şərab istehsalı mərkəzi aşkarlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər veirr.

Artefaktlar eramızdan əvvəl II əsrdə yunan-iran monarxiyası olan Kommagenə krallığı üçün tikilmiş qədim Kahta qalasının yaxınlığında tapılıb.

Arxeoloqların sözlərinə görə, aşkar edilən Roma dövrünə aid yaşayış məskəni təxminən 37 akr (təxminən 14 hektar) ərazini əhatə edir və üzüm emalı üçün qurğular, su təchizatı üçün nəzərdə tutulmuş sisternlər və üyüdücü daşlar daxildir.

Vilayət muzeyinin direktoru Mehmet Alkan qeyd edib ki, binanın təməli “təəccüblü dərəcədə yaxşı” vəziyyətdə qalıb. Halbuki, o, nizamsız formalı daşlardan tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti