Bakı.Trend:
Azərbaycan Milli Elmlər Akademiyasında araşdırmalar aparılır.
Trend-in əldə etdiyi məlumata əsasən, araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, həmçinin, öncəki rəhbərlər Ramiz Mehdiyev və Akif Əlizadə-nin fəaliyyət illərini əhatə edir.
Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı qeyd edilir.
İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.