Bakı. Trend:
Amerikalı rəsmilər Cənubi Koreya hökuməti ilə gömrük rüsumları üzrə sazişlə bağlı razılığa gəliblər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Li Çje Myon ilə keçirdiyi rəsmi naharda açıqlayıb.
“Bəli, biz sazişlə bağlı razılığa gəldik”, – deyə o, jurnalistin sualına cavab verib.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ tariflərlə bağlı iyul ayının sonunda razılığa gəlmişdi; razılaşmaya əsasən Vaşinqton gömrük rüsumlarını 15%-ə endirməyə razı olub, əvəzində isə Cənubi Koreya ABŞ iqtisadiyyatına 350 milyard dollar investisiya qoyacağını və 100 milyard dollarlıq enerji resursları alacağını vəd edib.
