...

Azərbaycan regionun bərpa olunan enerji sahəsində liderinə çevrilməyə hazırdır - Masdar

İqtisadiyyat Materials 29 Oktyabr 2025 12:51 (UTC +04:00)
Azərbaycan regionun bərpa olunan enerji sahəsində liderinə çevrilməyə hazırdır - Masdar
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın regionda bərpa olunan enerji sahəsində ən qabaqcıl ölkəyə çevriləcəyinə ümid edirik.

Trend xəbər verir ki, bunu “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsinin genişmiqyaslı inkişaf proqramının həyata keçirilməsi Dünya Bankının dəstəyi və dövlət büdcəsindən ayrılan əhəmiyyətli vəsait hesabına aparılır.

Proqram çərçivəsində “Nəvai” yarımstansiyası, 500 kilovoltluq yarımstansiya və onlara qoşulan elektrik xətləri və bərpa olunan enerji stansiyalarını əhatə edən iri sistem qurulur.

M. Sadıxov vurğulayıb ki, tikintinin ilkin mərhələsində ikisi günəş, biri külək stansiyası olmaqla üç yeni stansiya inşa olunur və hər biri şəbəkə analizi və enerji sisteminə təsirin qiymətləndirməsindən keçir. Bu, milli şəbəkəyə optimal inteqrasiyanı və onun sabitliyini təmin etməyə imkan verir.

“İlkin mərhələdə bütün işlər Energetika Nazirliyi və “Azərenerji” ilə məsləhətləşmələr əsasında aparılır ki, gələcək layihələr, o cümlədən enerji saxlama qurğuları düzgün təşkil edilsin və şəbəkə sabit qalsın,” – deyə “Masdar Azerbaijan”ın rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti