Bakı. Trend:
Alimlər arteriyaları sərt olan yaşlı insanlarda beyin sinir hüceyrələrinin zədələnməsinin daha tez-tez baş verdiyini müəyyənləşdirib.
Trend xəbər verir ki, bu haqda tədqiqatın nəticələri Alzheimer's & Dementia (A&D) jurnalında dərc olunub.
Tədqiqatda yaddaş və ya düşüncə problemlərindən şikayət etməyən 570 yaşlı insan iştirak edib. Alimlər damarların vəziyyətinin beynin zədələnməsinin ilkin əlamətlərinə və idrak funksiyalarına necə təsir etdiyini anlamağa çalışıblar.
Xüsusi diqqət neyrofilamentin yüngül zəncirli zülalına (NfL) yönəldilib. Bu zülal az miqdarda bütün insanların qanında mövcuddur və onun səviyyəsi yaş artdıqca təbii şəkildə yüksəlir. Lakin NfL göstəricisinin həddindən artıq yüksək olması sinir hüceyrələrinin məhvinə və sinir liflərinin zədələnməsindən xəbər verir.
