...

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Əliyev dəfn olunub

Cəmiyyət Materials 29 Oktyabr 2025 13:27 (UTC +04:00)
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Əliyev dəfn olunub

Bakı.Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

Trend xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Suraxanı, Xətai və Sabunçu Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid Əliyar Fərrux oğlu Əliyev yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyev 1961-ci il yanvarın 5-də Ağdam rayonunun Kolqışlaq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti