...

SOCAR, "M-Gas" və Ruse bələdiyyəsi Bolqarıstanda hibrid qazlaşdırma üzrə ikinci obyekti açıb (FOTO)

Energetika Materials 29 Oktyabr 2025 15:58 (UTC +04:00)
SOCAR, "M-Gas" və Ruse bələdiyyəsi Bolqarıstanda hibrid qazlaşdırma üzrə ikinci obyekti açıb (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın Ruse şəhər bələdiyyəsi, “M-Gas” şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) hibrid qazlaşdırma layihəsi çərçivəsində ikinci obyekti açıblar.

Bu barədə Trend “M-Gas”a istinadla xəbər verir.

Ruse bələdiyəsinin Çervena Voda kəndində yerləşən “Prolyot” uşaq bağçası artıq ekoloji təmiz təbii qazla isidilir.

2025-ci il oktyabrın 20-də obyekt təbii qazdan istifadəyə uğurla keçid etdikdən sonra rəsmi şəkildə açılıb.

“Bu mühüm addım uzunmüddətli “Hybrid Gasification of Public Buildings Projec”t layihəsinin ikinci mərhələsidir və “M-Gas EOOD” şirkətinin ianəsi, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Ruse bələdiyyəsi ilə möhkəm tərəfdaşlıq sayəsində mümkün olub. Bu təşəbbüs qaz nəqli şəbəkəsinə qoşulmamış ərazilərdə enerji səmərəliliyinin artırılmasına və ətraf mühitin qorunmasına sadiqliyi nümayiş etdirir”, - deyə şirkətin məlumatında bildirilir.

“Prolyot” uşaq bağçasının qazlaşdırılması layihəsi “M-Gas” şirkətinin 88 000 leva həcmində maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin əsas məqsədi binanın enerji səmərəliliyini artırmaq və dizel yanacağı ilə işləyən istilik sisteminin daha ekoloji təmiz təbii qazla əvəz olunması nəticəsində zərərli tullantıların 30% azaldılmasına nail olmaqdır. Demək olar ki, 50 illik (1977-ci ildən qalan) istilik sistemi tamamilə yenilənərək müasir, yüksək səmərəli avadanlıqla əvəz olunub.

“M-Gas” və onun tərəfdaşları həyata keçirdikləri modernləşdirmə sayəsində istilik xərclərini 50% azaltmağa və 180 uşaqla müəssisə əməkdaşlarının rahatlığını artırmağa nail olublar. İnvestisiya layihəsi sıxışdırılmış təbii qaz (CNG) qurğusunun layihələndirilməsi və inşası , yeni istilik sistemi, eləcə də iki yüksək səmərəli kondensasiyalı qaz qazanı ilə təchiz edilmiş müasir qazanxananın yaradılmasını əhatə edir. Qazanların məsafədən idarə olunmasını təmin edən sistem isə təbii qaz sərfiyyatına əlavə 20% qənaət imkanı yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti