...

“Sovetski”də tarixi binaların söküntüsü ilə bağlı yayılan iddialara aydınlıq gətirilib

Gündəm Materials 29 Oktyabr 2025 15:06 (UTC +04:00)
“Sovetski”də tarixi binaların söküntüsü ilə bağlı yayılan iddialara aydınlıq gətirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirilib

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb.

Vurğulanıb ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir:

“Mirzə Fətəli Axundzadə 31 ünvanında yerləşən binaya gəlincə isə, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub”.

BŞİH media qurumlarına da müraciət edib:

“Xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti